Yüksək Texnologiyalar Parkı və “SABAH.academy” tələbələr üçün strukturlaşdırılmış təcrübə proqramına start verir

Universitet təhsili dövründə real iş təcrübəsi qazanmaq istəyən tələbələr üçün yeni imkan yaradılıb. Yüksək Texnologiyalar Parkı və “SABAH.academy”, dəyərli tərəfdaşlarımız DHL və Q-STP ilə birgə tələbələr üçün strukturlaşdırılmış təcrübə proqramına start verir.
“SABAH.city” innovasiya şəhərciyi layihəsi daxilində həyata keçirilən təcrübə proqramının əsas məqsədi tələbələrin universitetdə əldə etdikləri nəzəri bilikləri real iş və sənaye mühitində tətbiq etmələrinə şərait yaratmaq, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi formalaşmasına dəstək göstərməkdir.
Hal-hazırda vakansiyaların açıq olduğu istiqamətlər aşağıdakı kimidir:
▪️ Maliyyə və inzibati işlər
▪️ Əməliyyatlar və təchizat zənciri
▪️ Satış və müştəri xidmətləri
▪️ Sağlamlıq və təhlükəsizlik
▪️ İnsan resursları
▪️ Planlama
Proqram əsasən müvafiq ixtisaslar üzrə təhsil alan 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulub.
Namizədlər müraciət forması vasitəsilə maraqlandıqları vakansiyanı seçərək müraciət edə bilərlər.
https://forms.gle/YXvkkdQ8SLPdL3mEA
Axtarılan istiqamət üzrə uyğun vakansiya mövcud olmadığı halda, namizədlər maraq göstərdikləri sahəni müraciət formasında qeyd edə bilərlər. Təqdim olunan məlumatlar gələcək imkanlar üzrə namizədlərin nəzərdən keçirilməsi məqsədilə saxlanılacaq.
Qeyd edək ki, vakansiyalar mütəmadi olaraq, hər həftə yenilənəcək. İlkin seçim mərhələsini uğurla keçən namizədlər növbəti mərhələdə müsahibəyə dəvət olunacaqlar.


