"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur

Main Image

"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov imzalayıblar.

Tərəflər Anlaşma Memorandumu çərçivəsində qarşılıqlı maraq doğuran sahələrdə səmərəli, davamlı və ikitərəfli əməkdaşlığın qurulmasını əsas məqsəd kimi müəyyən ediblər.

Razılaşmaya əsasən, “ASAN AI Hub” Yüksək Texnologiyalar Parkının bazasında yaradılan “SABAH.city” innovasiya şəhərciyində fəaliyyət göstərəcək və ölkəmizdə süni intellekt ekosisteminin formalaşmasına, dayanıqlı inkişafına xidmət edəcək.

Memorandum tərəflərin birgə fəaliyyətə dair niyyətini ifadə edir və ölkəmizdə innovasiya mühitinin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.


Digər xəbərlər

Program Image

18.06.2026

Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkına yeni rezidentlər qəbul edilib

Daha çoxArrow Icon
Program Image

18.05.2026

Yüksək Texnologiyalar Parkı və “SABAH.academy” tələbələr üçün strukturlaşdırılmış təcrübə proqramına start verir

Daha çoxArrow Icon
Program Image

14.05.2026

Azərbaycandakı startapların qlobal bazarlara çıxışını dəstəkləyən “NEXUS Launchpad” proqramına müraciət açıqdır

Daha çoxArrow Icon