“SABAH.city”də ADNSU nəzdində Süni İntellekt üzrə yeni tədqiqat institutu yaradılacaq

Main Image

Azərbaycan Respublikasında süni intellekt sahəsində dövlət prioritetlərinin həyata keçirilməsi istiqamətində mühüm addım atılır. 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasına uyğun olaraq, “SABAH.city” innovasiya ekosistemi daxilində və ADNSU nəzdində Təhlükəsiz və Etibarlı Süni İntellekt üzrə Tədqiqat İnstitutu yaradılır.

Layihə Azərbaycan Respublikasında süni intellektin inkişafı üzrə müəyyən edilmiş milli prioritetlərə, eləcə də 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasına uyğun olaraq həyata keçiriləcək. İnstitutun fəaliyyəti süni intellekt texnologiyalarının tətbiqi ilə yanaşı, bu sistemlərin təhlükəsizliyi, etibarlılığı və etik çərçivədə istifadəsi üzrə elmi-tədqiqat işlərini də əhatə edəcək.

Yeni institut süni intellekt və intellektual sistemlər üzrə fundamental və tətbiqi araşdırmaların aparılması, müasir texnoloji həllərin qiymətləndirilməsi, eləcə də dövlət və özəl sektor üçün ekspertiza və analitik dəstəyin göstərilməsi istiqamətində fəaliyyət göstərəcək. İnstitutun əsas fəaliyyət istiqamətlərinə kompüter görməsi və avtonom sistemlər, dil və nitq texnologiyaları, süni intellektin təhlükəsizliyi və etibarlılığı, həmçinin rəqəmsal transformasiya proseslərinin təhlili və dəstəklənməsi daxildir.

“SABAH.city” ekosistemində yerləşəcək institut elmi mühit, innovasiya infrastrukturu və təhsil imkanlarını birləşdirərək yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına, insan kapitalının inkişafına və texnoloji suverenliyin möhkəmləndirilməsinə töhfə verməyi hədəfləyir. Layihənin uzunmüddətli perspektivdə dövlət idarəetməsində səmərəliliyin artırılmasına, iqtisadi və sənaye inkişafının sürətləndirilməsinə xidmət edəcəyi gözlənilir.


Digər xəbərlər

Program Image

28.01.2026

"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur

Daha çoxArrow Icon
Program Image

27.12.2025

YTP və Fudan Universitetinin nümayəndə heyəti görüşüb

Daha çoxArrow Icon
Program Image

18.12.2025

Yüksək Texnologiyalar Parkına direktor müavinləri təyin olunub

Daha çoxArrow Icon