Azərbaycandakı startapların qlobal bazarlara çıxışını dəstəkləyən “NEXUS Launchpad” proqramına müraciət açıqdır

Main Image

İnnovasiya ekosistemlərini birləşdirən və Azərbaycanda fəaliyyət göstərən startapların beynəlxalq bazarlara çıxışını dəstəkləyən “NEXUS Launchpad” proqramına müraciət açıqdır! Yüksək Texnologiyalar Parkı və “SABAH.lab” əməkdaşlığı çərçivəsində və “SABAH.city” innovasiya şəhərciyi layihəsi daxilində həyata keçirilən proqram yerli startapların qlobal genişlənməsini sürətləndirməyi hədəfləyir.

Proqram çərçivəsində startaplar “NEXUS”un beynəlxalq tərəfdaş şəbəkəsi vasitəsilə Türkiyə, Qazaxıstan, İsrail və digər tərəfdaş ölkələrdə fəaliyyət göstərən innovasiya ekosistemlərinə çıxış, uyğun bazarlarda inkişaf və beynəlxalq əməkdaşlıq imkanları əldə edəcəklər.

Proqram iştirakçıları ehtiyaclarına uyğun aşağıdakı imkanlardan faydalana biləcəklər:

- İnfrastruktur və iş sahəsinə çıxış

- Mentorluq və biznes dəstəyi

- Hüquqi və inzibati dəstək

- Netvörkinq və müvafiq ekosistemə inteqrasiya

- Yerli bazar və biznes mühiti ilə tanışlıq

Proqram üçün ideal namizədlər:

- Texnologiya yönümlü startaplar (3–7 il təcrübə üstünlükdür)

- Bazarda təsdiq və ilkin inkişaf (traction) əldə etmiş komandalar

- Böyümə potensialı olan güclü MVP

- Beynəlxalq genişlənmə üçün maliyyə baxımından hazır olanlar

- Ən azı 2 nəfərlik komandalar

- Regional bazarlara daxil olmağa hədəfləyən ciddi komandalar

Proqram çərçivəsində seçilmiş startapların tərəfdaş ölkələrdə müəyyən müddət fəaliyyət göstərməsi və proqram fəaliyyətlərində fiziki iştirak etməsi nəzərdə tutulur.

Müraciət üçün keçidə daxil olun:

https://sabahhub.com/nexus-program/


Digər xəbərlər

Program Image

18.06.2026

Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkına yeni rezidentlər qəbul edilib

Daha çoxArrow Icon
Program Image

18.05.2026

Yüksək Texnologiyalar Parkı və “SABAH.academy” tələbələr üçün strukturlaşdırılmış təcrübə proqramına start verir

Daha çoxArrow Icon
Program Image

09.02.2026

“SABAH.city”də ADNSU nəzdində Süni İntellekt üzrə yeni tədqiqat institutu yaradılacaq

Daha çoxArrow Icon