Yüksək Texnologiyalar Parkı “Marmara Teknokent” ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Main Image

29 sentyabr 2025-ci il tarixində Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov, baş direktorun müşaviri Abutab Abbasova və "SABAH.HUB" şirkətinin idarə heyətinin üzvü Fərhad Paşayevdən ibarət Azərbaycanın nümayəndə heyəti ilə “Marmara Teknokent”in baş direktoru Mehmet Ali Okur, baş direktor müavini Deniz Yayla, TTO rəhbəri Dr. Tuğba İnanç Horuz, inkubasiya şöbəsinin rəhbəri Kübra Altay və TTO üzrə mütəxəssis Rasim Keskin və digər əməkdaşlar arasında işgüzar görüş keçirilib.

Görüş çərçivəsində qurumların fəaliyyət istiqamətləri, rezident qəbulu və izlənilməsi prosesi, texnologiya transferi, inkubasiya və akselerasiya mexanizmləri, həmçinin texnoparkların idarəetmə modelləri müzakirə olunub. Tərəflər mentorluq və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Nümayəndə heyəti səfər çərçivəsində “Marmara Teknokent”in “GO IDEA Girişim Ofisi” ilə də tanış olub.

Bu səfər, Azərbaycan və Türkiyə arasında texnoparklar sahəsində əməkdaşlığın gücləndirilməsi, ikitərəfli əlaqələrin qurulması və gələcəkdə ortaq layihələrin həyata keçirilməsi üçün mühüm rol oynayır.


Digər xəbərlər

Program Image

09.02.2026

“SABAH.city”də ADNSU nəzdində Süni İntellekt üzrə yeni tədqiqat institutu yaradılacaq

Daha çoxArrow Icon
Program Image

28.01.2026

"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur

Daha çoxArrow Icon
Program Image

27.12.2025

YTP və Fudan Universitetinin nümayəndə heyəti görüşüb

Daha çoxArrow Icon