Yüksək Texnologiyalar Parkına Koreya nümayəndə heyətinin səfəri baş tutub

Main Image

Koreya hökumətinin dəstəyi və Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) tərəfdaşlığı ilə 2022-2024-cü illər ərzində həyata keçirilən “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində Koreyadan nümayəndə heyəti 21-25 oktyabr tarixində Azərbaycanda səfərdə olub.

Koreya nümayəndə heyəti STEPİ-nin baş tədqiqatçısı Dr. Eun Joo Kim, aparıcı elmi işçisi Dr. Soo. J. Sohn, DeltaTech şirkətinin baş icraçı direktoru Seong Ho Lee, Seul Milli Elm və Texnologiya Universitetindən Prof. John Shim, INSIGHTORS şirkətinin baş icraçı direktoru Roy Hwang və Seul Milli Universitetinin professoru Youngtack Shimdən ibarət olub.

Səfər çərçivəsində 22 oktyabr tarixində Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov ilə görüş baş tutub, nəticədə DeltaTech şirkəti ilə Anlaşma Memorandumu imzalanıb.

23 oktyabr tarixində isə layihənin son tədbiri olaraq “Texnologiyaların kommersiyalaşdırılması” mövzusunda hesabat seminarı keçirilib. Tədbirdə koreyalı ekspertlər bir sıra mövzularda təqdimatlar edib və yerli ekspertlər tərəfindən layihədə görülən işlər və təcrübələri barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində heyət Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, SABAH.HUB və Coders ofisində görüşlər keçirilib.


Digər xəbərlər

Program Image

08.05.2025

Yüksək Texnologiyalar Parkı və Təhsilin İnkişafı Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Daha çoxArrow Icon
Program Image

19.09.2024

Yüksək Texnologiyalar Parkının təlim proqramına başlanılıb

Daha çoxArrow Icon
Program Image

19.09.2024

Yüksək Texnologiyalar Parkı və SKY X layihə qrupu arasında Anlaşma Memorandumu imzalanıb

Daha çoxArrow Icon