Yüksək Texnologiyalar Parkı və SKY X layihə qrupu arasında Anlaşma Memorandumu imzalanıb

Main Image

8 iyul 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və “SKY X” layihə qrupu arasında Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun məqsədi tərəflər arasında davamlı əməkdaşlığı təmin etmək, uğurlu layihələr həyata keçirmək və bununla Azərbaycanda innovasiya ekosistemində etibarlı tərəfdaşlara çevrilməkdir.

Memorandumu YTP-nin baş direktoru Nihat Məcidov və “Sky X” layihə qrupunun rəhbəri İmran Quliyev imzalayıb. Memoranduma əsasən YTP tərəfindən “Sky X” layihə qrupuna inkubasiya və akselerasiya proqramlarının (xüsusən də “hardware incubation”) icrası, startap ematalatxanasının yenidən təşkili məqsədilə müvafiq yerin ayrılması, investorlara çıxış imkanlarının təmin edilməsi istiqamətində dəstək göstəriləcək.

Müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının prototiplərinin hazırlanması üzrə fəaliyyət göstərəcək “SKY X” layihə qrupu, həm də gənc mühəndislərin yetişdirilməsi üzrə çalışacaq.


Digər xəbərlər

Program Image

08.05.2025

Yüksək Texnologiyalar Parkı və Təhsilin İnkişafı Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Daha çoxArrow Icon
Program Image

19.09.2024

Yüksək Texnologiyalar Parkının təlim proqramına başlanılıb

Daha çoxArrow Icon
Program Image

30.10.2024

Yüksək Texnologiyalar Parkına Koreya nümayəndə heyətinin səfəri baş tutub

Daha çoxArrow Icon