Yüksək Texnologiyalar Parkı və Təhsilin İnkişafı Fondu arasında Anlaşma Memorandumu imzalanıb

11 dekabr 2024-cü il tarixində Yüksək Texnologiyalar Parkı (YTP) və Təhsilin İnkişafı Fondu (TİF) arasında Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində YTP-nin baş direktoru Nihat Məcidov və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov, eləcə də hər iki qurumun nümayəndə heyəti iştirak edib.
Bu Memorandum, tədqiqatçılar, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye tərəfdaşları arasında əlaqələri gücləndirərək texnologiyaların transferi, innovasiya və kommersiyalaşdırma sahələrində əməkdaşlıq çərçivəsini müəyyən edir.
Görüş zamanı tərəflər arasında Azərbaycanda innovasiya ekosistemini gücləndirmək üçün mümkün layihə təklifləri müzakirə olunub.


