Yüksək Texnologiyalar Parkının təlim proqramına başlanılıb

Main Image

“Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində 2024-cü il üçün təlimçilər təlimi proqramına start verilib.

Təlim proqramı Koreyanın “Korean I-Corps Program”, “Lean Startup & Customer Discovery” proqramlarının bir hissəsidir və kurikulumu ABŞ Milli Elm Fondunun “I-Corps” proqramına əsaslanır. Sözügedən proqram startaplar üçün biznes modelin komponentləri və müştərilərin kəşf edilməsi üzrə hərtərəfli biliklər əldə etməyə imkan verir. Həmçinin, azərbaycanlı ekspertlərin öz biliklərini daha da artırmasını, təcrübə və biliklərin paylaşılması ilə ölkədəki startapların inkişaf etdirilməsini hədəfləyir.

Təlimin ilk günündə Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının (YTP) baş direktoru Nihat Məcidov Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışaraq builki təlimlərin həm YTP, həm də digər ali təhsil müəssisələri və innovasiya mərkəzlərinin əməkdaşları üçün bacarıqların artırılması baxımından faydalı olacağını diqqətə çatdırıb.

Baş direktor, YTP-nin gələcək fəaliyyəti ilə bağlı yeniliklərdən bəhs edərək bildirib ki, texnoparkın bazasında yeni yaradılacaq “SABAH.city” innovasiya klasteri Azərbaycanda innovasiya proseslərinin geniş vüsət alacağı, texnologiyaların transferi və kommersiyalaşdırılmasının həyata keçiriləcəyi və startapların özünü daha inkişaf etdirə biləcəyi bir məkan olaraq layihələndiriləcək.

Daha sonra, Seul Milli Elm və Texnologiya Universitetinin professoru Con Şim “I-Corps” proqramı haqqında ətraflı məlumat verərək oktyabr ayına qədər olan təlim prosesinin əhatəli izahının yer aldığı təqdimatla çıxış edib.

Növbəti spiker isə biznes model və dəyər təklifi haqqında geniş təqdimat edən Koreyanın “INSIGHTORS” şirkətinin icraçı direktoru Roy Hvang olub. İştirakçılar üçün tapşırıqların da yer aldığı təqdimatda qeyd olunan istiqamətlər üzrə nəzəri və praktik biliklər yerli təlimçilər tərəfindən maraqla qarşılanıb.

Təlimin ikinci günündə isə Roy Hvang tərəfindən biznes model kanvası və biznes modelin qiymətləndirilməsi üzrə təqdimat keçirilib. Bu təlimlərdə iştirakı uğurla qiymətləndiriləcək 6 nəfər Koreyada ənənəvi formatda keçiriləcək təlimlərdə iştirak hüququ əldə edəcək.


Digər xəbərlər

Program Image

08.05.2025

Yüksək Texnologiyalar Parkı və Təhsilin İnkişafı Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Daha çoxArrow Icon
Program Image

30.10.2024

Yüksək Texnologiyalar Parkına Koreya nümayəndə heyətinin səfəri baş tutub

Daha çoxArrow Icon
Program Image

19.09.2024

Yüksək Texnologiyalar Parkı və SKY X layihə qrupu arasında Anlaşma Memorandumu imzalanıb

Daha çoxArrow Icon