Nihat Məcidov “ETN Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.

Main Image

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Məcidov Nihat Sərvan oğlu “ETN Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) baş direktoru vəzifəsinə təyin edilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Əminağa Sadıqov yeni baş direktoru kollektivə təqdim edib.

Qeyd edək ki, Nihat Məcidov 1999-cu ildə Bakı şəhərində anadan olub. O, 2016-2020-ci illərdə ADA Universitetində təhsil alıb, bakalavriat səviyyəsini iqtisadiyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2019-2024-cü illər ərzində EY, Procter&Gamble, KPMG, McKinsey&Company şirkətlərində müxtəlif vəzifələrdə işləyib. 2024-cü ilin yanvar ayından etibarən son təyinatadək SABAH.HUB innovasiya mərkəzində Strategiya və layihələrin idarə olunması şöbəsinə rəhbərlik edib. Ailəlidir.


Digər xəbərlər

Program Image

08.05.2025

Yüksək Texnologiyalar Parkı və Təhsilin İnkişafı Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Daha çoxArrow Icon
Program Image

19.09.2024

Yüksək Texnologiyalar Parkının təlim proqramına başlanılıb

Daha çoxArrow Icon
Program Image

30.10.2024

Yüksək Texnologiyalar Parkına Koreya nümayəndə heyətinin səfəri baş tutub

Daha çoxArrow Icon