Maliyyə hesabatları

Elm və Təhsil Nazirliyi(ETN) Yüksək Texnologiyalar Parkı (YT Park) 2021-ci il

Aşağıdakı bəyanat, müstəqil auditorun hesabatının 1-ci səhifəsində göstərilmiş auditorun rəyində olan vəzifələr haqqında maddələrlə birgə oxunmalıdır və “AMEA YÜKSƏK TEXNOLOGİYALAR PARKI” MMC-nin (bundan sonra “Cəmiyyət”) ilkin maliyyə hesabatları ilə əlaqədar rəhbərlik və müstəqil auditor arasında müvafiq vəzifə bölgüsündə əks etdirmək məqsədi daşıyır.  

Cəmiyyətin 31 dekabr 2021 -ci il tarixində bitən il üzrə ilkin maliyyə vəziyyətini, həmin ildə başa çatmış il üzrə əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişiklikləri Maliyyə Hesabatlarının Beynalxalq Standartlarına (“MHBS”) müvafiq qaydada əks etdirən ilkin maliyyə hesabatlarının hazırlanmasına görə rəhbərlik məsuliyyət daşıyır. İlkin maliyyə hesabatlarını hazırlayarkən, rəhbərlik:

Müvafiq mühasibat prinsiplərinin seçilməsi və uyğun olaraq tətbiqi
Məntiqli və məqsədəuyğun qərarların və təxminlərin qəbul edilməsi;
Hər hansı əhəmiyyətli kənarlaşmaların açıqlanması və ilkin maliyyə hesabatlarında izah edilməsi şərti ilə MHBS-nin tələblərinə riayət olunması və ...