Ekspertlər şurası
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Rasim Məhəmməd oğlu Əliquliyev
Ekspertlər Şurasının sədri
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Məcid oğlu Fərzəliyev
Ekspertlər Şurasının katibi
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev Abbas oğlu
AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini akademik Cavad Şahvələd oğlu Abdinov
AMEA-nın Polimer Materialları İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Əjdər oğlu Məmmədov
AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Oqtay Əbil oğlu Səmədov
AMEA-nın Biofizika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Oktay Kazım oğlu Qasımov
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktorunun müavini texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Qurbanəli oğlu Ələkbərov
Haqqımızda
Ekspertlər Şurasının əsas vəzifələri aşağıdakılardır:
1. Ərizəçilərin innovasiya layihələrinə dair rəy vermək;
2. Texnoparkda hazırlanmış texnologiyaların, elmi nəticələrin və innovativ məhsulların tətbiqi və istehsalı ilə əlaqədar texniki-iqtisadi əsaslandırmalara rəy vermək;
3. Səlahiyyətli orqan (dövlət elm və təhsil müəssisəsi) və idarəedici təşkilat tərəfindən müəyyən edilən digər vəzifələri icra etmək;
4. Ekspertlər Şurası öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
5. Texnoparkın ixtisaslaşmış fəaliyyət sahəsinin inkişafı və təkmilləşdirilməsi üzrə səlahiyyətli orqana (dövlət elm və təhsil müəssisəsinə) və idarəedici təşkilata təkliflər vermək;
6. Səlahiyyəti daxilində dövlət qurumlarından, elm və təhsil müəssisələrindən müəyyən olunmuş qaydada zəruri məlumatlar almaq;
7. İnnovasiya layihələrinin ətraflı ekspertizasına ehtiyac olduğu təqdirdə, ixtisaslaşmış mütəxəssisləri (ekspertləri) cəlb etmək
Ekspertlər Şurası innovasiya layihələri haqqında ətraflı məlumat almaq, layihənin perspektivini və səmərəliliyini düzgün qiymətləndirmək məqsədi ilə kənar mütəxəssislərin və ixtisaslaşmış qurumların rəylərini öyrənir, ərizəçilərlə görüşlər keçirir. İnnovasiya layihəsinin qiymətləndirilməsinə dair Ekspertlər Şurasının rəyi Şuranın iclaslarının qərarı ilə təsdiq olunur. Ekspertlər Şurasının iclasları innovasiya layihələri təqdim olunduqda, habelə Ekspertlər Şurasının vəzifələrinin icrası ilə bağlı zərurət yarandığı hallarda keçirilir. Ekspertlər Şurasının iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Ekspertlər Şurasının qərarları sadə səs çoxluğu ilə qəbul edilir. İclasda iştirak edən Ekspertlər Şurasının üzvlərinin səsləri bərabər bölündükdə, Ekspertlər Şurasının sədrinin səsi həlledici hesab edilir.