ASAN İnnovasiyalar Mərkəzində Yüksək Texnologiyalar Parkının nümayəndələri ilə görüş keçirilib

Main Image

8 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə ASAN İnnovasiyalar Mərkəzinin və Yüksək Texnologiyalar Parkının fəaliyyəti, “SABAH.city” innovasiya şəhərciyi layihəsi, eləcə də mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Tərəflər gələcəkdə innovasiya ekosisteminin inkişafı, gənclərin yüksək texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması, startap layihələrinin dəstəklənməsi istiqamətində birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.

Görüş çərçivəsində qonaqlar həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, iLab, ASAN İnnovativ İnkişaf Mərkəzi və "Bilim Azərbaycan" layihəsinin fəaliyyəti ilə yerində tanış olublar. Qonaqlara mərkəzlərin həyata keçirdiyi layihələr, rezident startaplar və innovativ təşəbbüslər haqqında ətraflı məlumat verilib.


Digər xəbərlər

Program Image

10.10.2025

Texnologiya transferi layihəsinin qaliblərinin təqdimat tədbiri keçirilib

Daha çoxArrow Icon
Program Image

03.10.2025

Azərbaycan nümayəndə heyətinin Türkiyənin aparıcı texnoparklarına səfəri uğurla yekunlaşıb

Daha çoxArrow Icon
Program Image

02.10.2025

Yüksək Texnologiyalar Parkı “Marmara Teknokent” ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Daha çoxArrow Icon