Yüksək Texnologiyalar Parkı və “SABAH.HUB” nümayəndə heyəti “Bilişim Vadisi”ni ziyarət edib

Main Image

29 sentyabr 2025-ci il tarixində Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov, baş direktorun müşaviri Abutab Abbasova və "SABAH.HUB" şirkətinin idarə heyətinin üzvü Fərhad Paşayevdən ibarət Azərbaycanın nümayəndə heyəti Türkiyənin ən geniş texnologiya inkişaf mərkəzlərindən biri olan “Bilişim Vadisi”ni ziyarət edib.

“Bilişim Vadisi”nin baş icraçı direktoru Erkam Tüzgen, beynəlxalq münasibətlər üzrə direktoru Sezen Güngör və ekosistem, layihələrin monitorinqi və digər şöbələrin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə qurumun fəaliyyəti, innovativ təşəbbüsləri, gələcək planları, layihələrin seçilməsi, qiymətləndirilməsi və monitorinqi mexanizmləri təqdim olunub. Səfər çərçivəsində “Bilişim Vadisi”ndə yerləşən bir sıra innovativ şirkətlər, o cümlədən “SAHA” və “ILGEAI” ziyarət edilib. Görüşlər zamanı nümayəndə heyəti, şirkətlərin təcrübəsi, onların texnoparka daxil olma hekayələri, inkişaf prosesləri və burada əldə etdikləri üstünlüklər barədə ətraflı məlumat alıb.

Səfər yekununda tərəflər əməkdaşlıq imkanlarını müzakirə edib və Azərbaycan ilə Türkiyə arasında yüksək texnologiyalar və innovasiya sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.


Digər xəbərlər

Program Image

24.07.2026

Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkına yeni rezidentlər qəbul edilib

Daha çoxArrow Icon
Program Image

18.06.2026

Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkına yeni rezidentlər qəbul edilib

Daha çoxArrow Icon
Program Image

18.05.2026

Yüksək Texnologiyalar Parkı və “SABAH.academy” tələbələr üçün strukturlaşdırılmış təcrübə proqramına start verir

Daha çoxArrow Icon