"NEXUS" proqramı çərçivəsində "DeserTech" nümayəndə heyəti Azərbaycanın aparıcı şirkətləri ilə görüşdü

Main Image

Yüksək Texnologiyalar Parkının dəstəyi ilə ötən həftə “DeserTech & Climate Innovation Center” nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində bir sıra aparıcı şirkət və qurumlarla görüşlər keçirilib. Səfər müddətində "Pasha Holding", "AgroDairy", "SOCAR Green", "Azersun", "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi" və digər təşkilatlarla müzakirələr aparılaraq innovativ həllər, dayanıqlı texnologiyalar və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, görüşlər “SABAH.city” layihəsinin “NEXUS” proqramı çərçivəsində baş tutub. Azərbaycan innovasiya ekosisteminin qlobal bazarlara inteqrasiyasını dəstəkləyən proqram, “SABAH.city” vasitəsilə beynəlxalq startapların və texnologiya yönümlü şirkətlərin ölkə bazarına daxil olmasına, yerli startap və texnoloji şirkətlərin isə xarici bazarlara çıxışına imkan yaratmağı hədəfləyir.

Səfər zamanı aparılan müzakirələrin gələcəkdə qarşılıqlı faydalı, uzunmüddətli və strateji əməkdaşlıqlar üçün əlverişli zəmin yaradacağı gözlənilir.


Digər xəbərlər

Program Image

09.02.2026

“SABAH.city”də ADNSU nəzdində Süni İntellekt üzrə yeni tədqiqat institutu yaradılacaq

Daha çoxArrow Icon
Program Image

28.01.2026

"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur

Daha çoxArrow Icon
Program Image

27.12.2025

YTP və Fudan Universitetinin nümayəndə heyəti görüşüb

Daha çoxArrow Icon