İnvestorlar üçün yenilik var!

Main Image

İnnovasiya ekosistemini dəstəkləmək üçün insan kapitalını inkişaf etdirmək, yeni elmi nailiyyətlər qazanmaq üçün tədqiqatları təkmilləşdirmək, biliyin təcrübədə tətbiqi üçün akademiya-sənaye əməkdaşlığını təşviq etmək, həmçinin bilik iqtisadiyyatı üzrə iş yerləri yaratmaq məqsədilə Yüksək Texnologiyalar Parkının tikilməsi və idarə edilməsi üzrə İqtisadiyyat Nazirliyi investorları dövlət-özəl tərəfdaşlığı layihəsində iştiraka dəvət edir.

Nazirlər Kabinetinin 11 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib. Siyahıya əsasən təhsil, ətraf mühit, qida təhlükəsizliyi, su, turizm və nəqliyyat sahələrində strateji əhəmiyyət daşıyan layihələrin özəl sektorla sıx əməkdaşlıq formasında həyata keçirilməsi planlaşdırılır.

Yüksək Texnologiyalar Parkı ilə bağlı layihədə özəl tərəfdaş tərəfindən parkın tikilməsi, 30 il müddətinə idarə edilməsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə həvalə edilməsi nəzərdə tutulur. Layihə 3 mərhələdən ibarətdir. Artıq 1-ci mərhələnin icrasına başlanılıb. Layihənin 2-ci və 3-cü mərhələlərinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrası planlaşdırılır.

Layihəyə dair ətraflı məlumat texniki-iqtisadi əsaslandırma sənədlərinə əsasən tərtib olunacaq şərtlər toplusunda əks etdiriləcəkdir. Layihəyə maraq göstərən potensial investorların keçiddə (https://bit.ly/ytpifaem) əksini tapan müraciət formasını doldurub bildirilən müddət ərzində ppp@economy.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.


Digər xəbərlər

Program Image

06.08.2025

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının operatorunun seçilməsi ilə bağlı müsabiqə elan edilir

Daha çoxArrow Icon
Program Image

19.07.2025

YTP və 4SİM arasında Anlaşma Memorandumu imzalanıb

Daha çoxArrow Icon
Program Image

17.07.2025

“Ali təhsil müəssisələrində elmin kommersiyalaşdırılması” mövzusunda vebinar keçirilib

Daha çoxArrow Icon