Yüksək Texnologiyalar Parkı və “ABB Innovation” şirkətləri arasında əməkdaşlıq qurulub

Main Image

27 may 2025-ci il tarixində “ABB Innovation” ilə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) arasında niyyət protokolu imzalanıb. Sənədi “ABB Innovation”un baş direktoru Həsən Eminov və Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov imzalayıblar.

Razılaşmaya əsasən, “ABB Innovation” “SABAH.city” innovasiya şəhərciyində fəaliyyət göstərəcək və burada startapların inkişafı, innovativ ideyaların gerçəkləşdirilməsi, texnologiya yönümlü təşəbbüslərin təşviqi və təlim proqramlarının keçirilməsinə dəstək verəcək.

Tərəfdaşlıq çərçivəsində gələcəkdə rəqəmsal transformasiyanın dəstəklənməsi, ixtisaslaşmış kadrların hazırlanması və yerli ideyaların real bazara çıxışı üçün yeni imkanların yaradılması planlaşdırılır. Bu əməkdaşlıq “SABAH.city”nin ölkənin aparıcı innovasiya mərkəzlərindən birinə çevrilməsinə xidmət edəcək.


Digər xəbərlər

Program Image

06.08.2025

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının operatorunun seçilməsi ilə bağlı müsabiqə elan edilir

Daha çoxArrow Icon
Program Image

25.07.2025

İnvestorlar üçün yenilik var!

Daha çoxArrow Icon
Program Image

19.07.2025

YTP və 4SİM arasında Anlaşma Memorandumu imzalanıb

Daha çoxArrow Icon