Yüksək Texnologiyalar Parkı və Huawei Azərbaycan arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Main Image

7 may 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) ilə qlobal texnologiya nəhəngi Huawei Azərbaycan arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sözügedən memorandum, tərəflər arasında gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edir və birgə təşəbbüslərin həyata keçirilməsi üçün rəsmi çərçivə yaradır.

Əməkdaşlıq çərçivəsində Huawei Azərbaycan, təqdim etdiyi qabaqcıl texnoloji həllər və innovativ yanaşmalarla həm Yüksək Texnologiyalar Parkının ekosisteminin inkişafına, həm də “SABAH.city” layihəsinə dəyər qatacaq. Bu tərəfdaşlıq texnologiya və təhsil sahəsində sinerji yaratmaqla, ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edəcək.


Digər xəbərlər

Program Image

06.08.2025

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının operatorunun seçilməsi ilə bağlı müsabiqə elan edilir

Daha çoxArrow Icon
Program Image

25.07.2025

İnvestorlar üçün yenilik var!

Daha çoxArrow Icon
Program Image

19.07.2025

YTP və 4SİM arasında Anlaşma Memorandumu imzalanıb

Daha çoxArrow Icon