Yüksək Texnologiyalar Parkı ilə Yango Azərbaycan arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb

Main Image

6 may 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı ilə rahat və effektiv nəqliyyat həlləri təqdim edən Yango Azərbaycan şirkəti arasında niyyət protokolu imzalanıb.

Bu sənəd tərəflər arasında gələcək əməkdaşlıq imkanlarını rəsmiləşdirir və birgə təşəbbüslərin həyata keçirilməsi üçün möhkəm təməl yaradır.

Əməkdaşlıq çərçivəsində Yango Azərbaycan şirkəti Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərəcək və Parkın innovasiya yönümlü ekosisteminin ayrılmaz hissəsinə çevriləcək.

Yüksək Texnologiyalar Parkı və Yango Azərbaycan arasında qurulan bu tərəfdaşlıq nəqliyyat texnologiyaları və ağıllı həllər sahəsində yenilikçi yanaşmaların dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində mühüm addım hesab olunur.


Digər xəbərlər

Program Image

06.08.2025

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının operatorunun seçilməsi ilə bağlı müsabiqə elan edilir

Daha çoxArrow Icon
Program Image

25.07.2025

İnvestorlar üçün yenilik var!

Daha çoxArrow Icon
Program Image

19.07.2025

YTP və 4SİM arasında Anlaşma Memorandumu imzalanıb

Daha çoxArrow Icon