Yüksək Texnologiyalar Parkı və “Future Lab by PASHA Innovation” şirkətləri arasında əməkdaşlıq qurulub

Main Image

19 fevral 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı ilə "Future Lab by PASHA Innovation" arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Bu tərəfdaşlıq çərçivəsində, insanyönümlü innovativ həllərin hazırlanmasında lider olmağı hədəfləyən "Future Lab", Azərbaycanda startap ekosisteminin gücləndirilməsinə və müxtəlif sahələrdə texnologiya, sahibkarlıq, sığorta, bankçılıq və digər istiqamətlərdə yaradıcı və qabaqcıl həllərin təşviqinə töhfə verməyi qarşısına məqsəd qoyur.

Razılaşmaya əsasən, "Future Lab" şirkəti Yüksək Texnologiyalar Parkının təşəbbüsü ilə yaradılmış "SABAH.city" innovasiya şəhərciyində fəaliyyət göstərəcək. Bu addım şirkətin innovativ texnologiyalar vasitəsilə formalaşan ekosistemə aktiv şəkildə töhfə verməsinə imkan yaradacaq.


Digər xəbərlər

Program Image

03.06.2025

Yüksək Texnologiyalar Parkı və “SOCAR Green” şirkətləri arasında əməkdaşlıq qurulub

Daha çoxArrow Icon
Program Image

27.05.2025

Yüksək Texnologiyalar Parkı və “ABB Innovation” şirkətləri arasında əməkdaşlıq qurulub

Daha çoxArrow Icon
Program Image

07.05.2025

Yüksək Texnologiyalar Parkı və Huawei Azərbaycan arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Daha çoxArrow Icon