Yüksək Texnologiyalar Parkı və aparıcı universitetlər arasında strateji əməkdaşlığa dair Anlaşma Sazişi imzalanıb

Main Image

14 fevral tarixində Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Azərbaycanın aparıcı ali təhsil müəssisələri arasında strateji əməkdaşlığa dair Anlaşma Sazişi imzalanıb.

Sazişə əsasən, 2026-cı ildən etibarən, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İT, mühəndislik və elm üzrə seçilmiş SABAH proqramlarının tələbələri müasir infrastruktur, innovativ kurikulum və yüksək ixtisaslı müəllim heyəti ilə təmin olunmuş “SABAH.city” innovasiya şəhərciyində təhsil alacaqlar.

Tədbir zamanı əsas qonaqlar arasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, eləcə də “YTP”in baş direktoru Nihat Məcidov yer alıb.


Digər xəbərlər

Program Image

03.06.2025

Yüksək Texnologiyalar Parkı və “SOCAR Green” şirkətləri arasında əməkdaşlıq qurulub

Daha çoxArrow Icon
Program Image

27.05.2025

Yüksək Texnologiyalar Parkı və “ABB Innovation” şirkətləri arasında əməkdaşlıq qurulub

Daha çoxArrow Icon
Program Image

07.05.2025

Yüksək Texnologiyalar Parkı və Huawei Azərbaycan arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Daha çoxArrow Icon