Vakansiyalar
Texnologiya transferi şöbəsi / Şöbə müdiri
Full Time
Bakı şəh., Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 221
İşin təsviri
Vəzifə öhdəlikləri:
- Texnologiya transferi fəaliyyətlərini strateji planlaşdırmaq, proqramları və təşəbbüsləri hazırlamaq və onların icrasına rəhbərlik etmək;
- Ali təhsil və elmi tədqiqat müəssisələri, dövlət qurumları və sənaye tərəfdaşları ilə əməkdaşlıq mexanizmləri qurmaq, danışıqlar aparmaq və tərəfdaşlıqları koordinasiya etmək;
- Tədqiqat və innovasiya layihələri üzrə maliyyələşdirmə mənbələrini müəyyənləşdirmək, tərəfdaşlarla birlikdə uyğun maliyyə modellərinin qurulmasına dəstək vermək;
- Texnologiya transferi proseslərində əqli mülkiyyətin idarə olunması, elmi tədqiqat nəticələrinin və innovativ həllərin kommersiyalaşdırılması üzrə daxili prosedurların və mexanizmlərin formalaşdırılmasına rəhbərlik etmək;
- Ali təhsil və elmi tədqiqat müəssisələrində texnologiya transferi proseslərinin qurulması, təkmilləşdirilməsi və vahid yanaşmaların tətbiqinə metodoloji və institusional dəstək göstərmək;
- Texnologiya transferi, kommersiyalaşdırma və sənaye ilə əməkdaşlıq mövzularında təlimlər və maarifləndirici sessiyalar hazırlamaq və keçirmək;
- Şöbənin daxili fəaliyyətini təşkil etmək, işçi heyətinə rəhbərlik etmək və komandanın inkişafına dəstək göstərmək;
- Şöbənin fəaliyyətlərini (proqramları, layihələri və s.) monitorinq etmək, icranı izləmək və müvafiq hesabatlar hazırlamaq;
- Təşkilatı yerli və beynəlxalq tədbirlərdə və əməkdaşlıq platformalarında təmsil etmək.
Tələblər
Əsas tələblər:
- Texniki və ya təbiət elmləri üzrə fəlsəfə doktoru (PhD) dərəcəsi (məsələn, mühəndislik, kimya, fizika, biologiya, materialşünaslıq, kompüter elmləri və s.);
- Layihə idarəçiliyi üzrə minimum 5 illik peşəkar təcrübə;
- Yaxşı səviyyədə biznes bilikləri və analitik düşünmə bacarığı (öz biznes təcrübəsi, sahibkarlıq fəaliyyəti və s.);
- Güclü təşkilati və idarəetmə bacarıqları;
- Effektiv ünsiyyət, tərəfdaşlarla işləmə, danışıqlar aparma və komanda idarəetmə bacarıqları;
- Yüksək məsuliyyət hissi, strateji düşüncə və təşəbbüskarlıq;
- Patent proseslərində şəxsi təcrübə (patent müəllifliyinin və ya patent müraciəti prosesindən keçmiş olma) (arzuolunandır);
- “Scopus” və ya “Web of Science” platformalarında indekslənən jurnallarda elmi nəşrlərin mövcudluğu (arzuolunandır);
- Tədqiqat və ya innovasiya yönümlü layihələrdə iştirak təcrübəsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis dilini yüksək səviyyədə bilmək; (rus dilini bilmək üstünlükdür);
- Texnologiya transferi, innovasiya menecmenti və ya kommersiyalaşdırma sahələrində praktiki biliklər;
- Startap ekosistemi, məhsul inkişafı və ya innovasiya təşəbbüsləri ilə tanışlıq.
İş qrafiki: 1-5-ci günlər (08:30-17:30)
Əməkhaqqı: Razılaşma əsasında
Son müraciət tarixi: 21.12.2025
Tələblərə cavab verən namizədlər CV-lərini office@ytp.az e-poçt ünvanının "mövzu" bölümünə “Texnologiya transferi şöbəsinin müdiri” qeyd etməklə göndərməkləri xahiş olunur.