Vakansiyalar
Texnologiya transferi şöbəsi / Baş mütəxəssis
Full Time
Bakı şəh., Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 221
İşin təsviri
Vəzifə öhdəlikləri:
-Texnologiya transferi və kommersiyalaşdırma proseslərinin icrasında aktiv iştirak etmək, layihələr üzrə icraçı və ekspert funksiyasını yerinə yetirmək;
-Birgə tədqiqat layihələri, pilot təşəbbüslər və tətbiqyönümlü araşdırmalar üçün uyğun tərəfdaşların müəyyənləşdirilməsinə və əlaqələndirilməsinə dəstək vermək;
-Elmi tədqiqat nəticələrinin və innovativ həllərin texnoloji hazırlıq səviyyəsinin (TRL) ilkin qiymətləndirilməsini aparmaq və uyğun inkişaf mərhələlərini müəyyənləşdirmək;
-Tədqiqat və innovasiya layihələri üzrə ilkin bazar araşdırmaları, texnologiyanın tətbiq sahələri, potensial müştərilər və sənaye marağı ilə bağlı analitik təhlillər hazırlamaq;
-Texnologiyaların kommersiyalaşdırılması üçün uyğun mexanizmlərin müəyyənləşdirilməsində iştirak etmək;
- Əqli mülkiyyət, patentləşmə, lisenziyalaşdırma və texnologiya transferi üzrə mövcud qanunvericilik və normativ çərçivə ilə bağlı praktiki dəstək göstərmək;
- Tədqiqatçılar, ixtiraçılar və startap komandaları üçün kommersiyalaşdırma, əqli mülkiyyət və sənaye ilə əməkdaşlıq mövzularında təlim və maarifləndirici sessiyalar hazırlamaq və keçirmək;
- Ali təhsil və elmi tədqiqat müəssisələri, startaplar, sənaye tərəfdaşları və digər maraqlı tərəflərlə əməkdaşlıq əlaqələrinin qurulmasında və saxlanılmasında aktiv iştirak etmək;
- Texnologiya transferi proseslərində əqli mülkiyyətin idarə olunması, elmi tədqiqat nəticələrinin və innovativ həllərin kommersiyalaşdırılması üzrə daxili prosedurların və mexanizmlərin hazırlanmasında və tətbiqində iştirak etmək;
- Texnologiya transferi və kommersiyalaşdırma ilə bağlı təqdimat materiallarının hazırlanmasında dəstək vermək;
- Layihələr üzrə tərəfdaşlarla operativ əlaqəni təmin etmək, görüşlərin təşkili və koordinasiyasında iştirak etmək;
- Layihələrin icra gedişini izləmək, müəyyən edilmiş fəaliyyətlərin vaxtında və uyğun şəkildə həyata keçirilməsinə nəzarət etmək;
- Layihələr üzrə məlumatların toplanması, icra statusunun izlənməsi və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
- Texnologiya transferi və innovasiya sahəsində yerli və beynəlxalq tədbirlərdə, seminar və görüşlərdə təşkilatı təmsil etmək və iştirak etmək.
Tələblər
Əsas tələblər:
- Ali təhsil (magistratura dərəcəsi) (məsələn, mühəndislik, kimya, fizika, biologiya, materialşünaslıq və s.);
- Tədqiqat və ya innovasiya yönümlü layihələrin icrasında minimum 3 il iş təcrübəsi;
- Yaxşı səviyyədə biznes bilikləri və analitik düşünmə bacarığı (öz biznes təcrübəsi, sahibkarlıq fəaliyyəti və s.);
- Layihələr üzrə sənədləşmə, məlumatların toplanması və hesabatların hazırlanması bacarığı;
- Güclü təşkilati və planlaşdırma bacarıqları;
- Effektiv ünsiyyət, tərəfdaşlarla işləmə və rəsmi yazışma bacarıqları;
- Komanda ilə işləmə və tapşırıqları vaxtında icra etmə bacarığı;
- Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq;
- Patent proseslərində şəxsi təcrübə (patent müəllifliyinin və ya patent müraciəti prosesindən keçmiş olma) (arzuolunandır);
- Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis dilini yüksək səviyyədə bilmək; (rus dilini bilmək üstünlükdür);
- Texnologiya transferi, innovasiya menecmenti və ya kommersiyalaşdırma sahələrində praktiki biliklər;
- Startap ekosistemi və innovasiya təşəbbüsləri ilə tanışlıq.
İş qrafiki: 1-5-ci günlər (08:30-17:30)
Əməkhaqqı: Razılaşma əsasında
Son müraciət tarixi: 11.01.2026
Tələblərə cavab verən namizədlər CV-lərini office@ytp.az e-poçt ünvanının "mövzu" bölümünə “Texnologiya transferi şöbəsinin baş mütəxəssisi” qeyd etməklə göndərməkləri xahiş olunur.