Title Image

Rezidentlik

Yüksək Texnologiyalar Parkı (YTP) tərəfindən rezidentlik, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”yə (Əsasnamə) uyğun olaraq verilir.

Hazırda YTP-də 10 dənə rezident fəaliyyət göstərir. Bu rezidentlər müxtəlif sahələrdə innovativ texnologiyaların hazırlanması, tətbiqi və inkişafı ilə məşğul olurlar.

Residency Image
Plus Icon

Üstünlüklər

Tax Icon

Vergi güzəştləri

Rezidentlərə 10 il müddətinə geniş vergi azadolmaları (əmlak, torpaq və mənfəət vergisindən) və gömrük imtiyazları (idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə gömrük rüsumları və əlavə dəyər vergisini (ƏDV) ödəməməklə bağlı) təqdim olunur.

Infrastructure Icon

İnfrastruktur dəstəyi 

Rezidentlərə YTP ərazisində yerləşən mümkün laboratoriyalar, texnoloji avadanlıqlar və ofislərdən istifadə imkanı təqdim edilir. Bu infrastruktur rezidentlərin fəaliyyəti üçün zəruri şərait və geniş texniki imkanlara təminatı nəzərdə tutur.

Innovation Icon

İnnovasiya mühiti

Rezidentlərin innovativ ideyalarının reallaşdırılması, inkişafı və kommersiyalaşdırılması üçün müxtəlif dəstək proqramları və təşviqedici layihələr həyata keçirilir. Bu mühit yaradıcılığın və texnoloji inkişafın təşviqinə xidmət edir

Communication Icon

Təchizat və kommunikasiya

Rezidentlər fasiləsiz fəaliyyət göstərə bilmələri üçün bütün əsas kommunal xidmətlərlə və rabitə-kommunikasiya infrastrukturu ilə təmin olunur. Bu, texnoloji və biznes proseslərinin dayanıqlı şəkildə həyata keçirilməsinə şərait yaradır.

Rezidentlik üçün müraciət prosesi

Number 1

Müraciətlərin təqdim edilməsi

Ərizəçilər YTP-də rezident olmaq üçün ərizə forması və tələb olunan digər sənədləri təqdim edir. Qeydiyyat prosedurunun ümumi müddəti 20 iş günüdür.

Number 2

Ərizənin yoxlanılması

YTP sənədlərin uyğunluğunu 5 iş günü ərzində yoxlayır. Çatışmazlıq aşkar edilərsə, ərizəçiyə 10 iş günü ərzində düzəliş etmək imkanı verilir.

Number 3

Layihənin qiymətləndirilməsi

Layihələr Ekspertlər Şurası tərəfindən qiymətləndirilir (7 iş günü, bu müddət 20 iş gününə qədər uzadıla bilər).

Number 4

Layihə barədə qərar qəbul edilməsi

Müsbət qiymətləndirmə halında rezident qeydiyyat şəhadətnaməsi alır. Mənfi qiymətləndirmə halında rədd səbəbi yazılı şəkildə bildirilir.

İnkubator rezidentlik üçün müraciət prosesi

Number 1

Müraciətlərin təqdim edilməsi

Ərizəçilər YTP-də inkubator rezidenti olmaq üçün ərizə forması və tələb olunan digər sənədləri elektron və ya yazılı formada təqdim edir.

Number 2

Ərizənin qəbulu və yoxlanılması

İdarəedici təşkilat ərizəni qəbul edir və ərizəçiyə qeydiyyat təsdiq sənədi təqdim edir. 20 iş günü ərzində ərizə araşdırılır və qiymətləndirilir. Çatışmazlıqlar aşkar edilərsə, ərizəçiyə 5 iş günü ərzində düzəldilib yenidən təqdim etmək imkanı verilir.

Number 3

Layinənin qiymətləndirilməsi

YTP-nin daxili komissiyası tərəfindən layihənin perspektivi və inkubatorun məqsədlərinə uyğunluğu nəzərdən keçirilir. Ərizəçilərlə görüşlər keçirilir və təqdimatlar dinlənilir. Daxili komissiya öz rəyini qeydiyyat müddətinin son 5 iş günü ərzində təqdim edir.

Number 4

Layihə barədə qərar qəbul edilməsi

Layihə müsbət qiymətləndirildikdə, ərizəçi inkubator rezidenti kimi qeydiyyata alınır və qeydiyyat şəhadətnaməsi təqdim edilir. Layihə uyğunsuz olduqda və ya çatışmazlıqlar aradan qaldırılmadıqda, müraciət rədd edilir və bu barədə ərizəçiyə yazılı məlumat verilir.

FAQ

  • İnkubator rezidentləri ilə rezidentlərin fərqi nədir?

    Open IconClose Icon

    İnkubator rezidentlərinin digər rezidentlərdən fərqi daha zəif kommersiyalaşmasıdır.

  • İnkubator rezident olmaq üçün hansı sənədlər lazımdır?

    Open IconClose Icon

    Ərizə forması;

    İnnovasiya layihəsi üzrə inkubatorda fəaliyyət göstərəcək şəxslərin siyahısı;

    Ərizəçinin sahibkarlıq fəaliyyəti barədə məlumat (əgər varsa);

    İnnovasiya layihəsinin biznes-planı;

    İnnovasiya layihəsinin ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat.

  • İnnovasiya layihələri və ya ərizəçilərin fəaliyyəti hansı meyarlar əsasında yoxlanılır?

    Open IconClose Icon

    Ərizəçilərin innovasiya layihəsinin qiymətləndirilməsi Əsasnamənin 8.8-ci bəndinin yarımbəndlərində nəzərdə tutulan meyarlar əsasında həyata keçirilir.

  • Kimlər YTP rezidenti ola bilər?

    Open IconClose Icon

    Yüksək texnologiyalara və innovasiyalara yönəlmiş layihə həyata keçirən sahibkarlar və startaplar.

  • Rezidentlər üçün hansı vergi güzəştləri tətbiq olunur?

    Open IconClose Icon

    10 il müddətinə gəlir, torpaq və əmlak vergilərindən azadolma

  • Rezidentlik statusu nə qədər müddətə verilir?

    Open IconClose Icon

    Rezidentlik 10 il müddətinə verilir, uzadılma imkanları mövcuddur.

  • Rezident olmaq üçün hansı sənədlər lazımdır?

    Open IconClose Icon

    Ərizə forması;

    Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (ərizəçi hüquqi şəxs olduqda);

    Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizəçi hüquqi şəxs olduqda);

    Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (ərizəçi fiziki şəxs olduqda);

    Hüquqi şəxsin nizamnaməsinin surəti (ərizəçi hüquqi şəxs olduqda);

    İnnovasiya və ya yüksək texnologiya layihəsi (biznes plan);

    Hüquqi və ya fiziki şəxsin texnologiyalar parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin surətləri.

  • Təqdim edilən sənədlərdə qeydə alınan çatışmazlıqlar nəzərdə tutulan müddətdə aradan qaldırıla bilməzsə, yenidən müraciət etmək mümkündür?

    Open IconClose Icon

    Bəli, ərizəçi həmin qüsurları aradan qaldırdıqdan sonra təkrar ərizə ilə müraciət edə bilər.