Ukraynanın İT şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Main Image

24 sentyabr 2025-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilati dəstəyi ilə Ukrayna Respublikasının Rəqəmsal inkişaf nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Ukraynanın aparıcı İT və texnologiya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüş çərçivəsində qonaqlara hazırda Yüksək Texnologiyalar Parkında inkişaf etdirilən “SABAH.city” innovasiya şəhərciyi layihəsi təqdim olunub. Təqdimat zamanı layihənin əsas məqsədləri, planlaşdırılan infrastruktur həlləri, regionda innovasiya ekosisteminin inkişafına və sahibkarlıq mühitinə verəcəyi töhfələr barədə ətraflı məlumat verilib.

Tərəflər həmçinin iki ölkə arasında innovasiya, rəqəmsal texnologiyalar və İT sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Qeyd olunub ki, belə görüşlər beynəlxalq təcrübə mübadiləsinə, birgə layihələrin təşviqinə və texnologiya əsaslı iqtisadiyyatın inkişafına mühüm töhfə verir.


Digər xəbərlər

Program Image

24.07.2026

Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkına yeni rezidentlər qəbul edilib

Daha çoxArrow Icon
Program Image

18.06.2026

Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkına yeni rezidentlər qəbul edilib

Daha çoxArrow Icon
Program Image

18.05.2026

Yüksək Texnologiyalar Parkı və “SABAH.academy” tələbələr üçün strukturlaşdırılmış təcrübə proqramına start verir

Daha çoxArrow Icon