“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının bazasında “SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır. Bu layihə 20 hektar ərazidə tikiləcək və 2026-cı ildə bir hissəsinin ilkin açılışı olacaq.
Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının direktoru Nihat Məcidovun sözlərinə əsasən innovasiya klasterində universitet kampuslarının, elmi-tədqiqat laboratoriyalarının, texnologiya transferi mərkəzinin və innovasiya ekosisteminin və digər iştirakçıların bir fiziki məkanda yerləşməsi nəticəsində sinerjinin əldə olunması hədəflənir.
“SABAH.city” insan kapitalının inkişafını, iş yerlərinin yaradılmasını, elmi tədqiqatların kommersiyalaşmasını və bilik transferini dəstəkləyərək Azərbaycanın innovasiya ekosisteminin episentrinə çevrilmək potensialına malikdir. Layihə barədə daha ətraflı məlumat və əməkdaşlıq üçün keçidə daxil olun: https://sabah-city.com/