İnfrastruktur
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) infrastrukturundan tədqiqat və kommersiyalaşdırma məqsədləri üçün istifadə etmək imkanı təqdim edir. YTP-nin laboratoriyaları, prototipləşdirmə sahələri və digər texnoloji avadanlıqları innovasiya layihələrinin inkişafını dəstəkləmək üçün açıqdır.
Bundan əlavə, YTP təkcə öz infrastrukturuna deyil, həm də Azərbaycanın ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının laboratoriyaları və avadanlıqlarına da əlçatanlığı bu platforma vasitəsilə koordinasiya edir. Bu, müxtəlif qurumların resurslarından daha səmərəli istifadəni təmin edir və innovasiya ekosisteminin inkişafına töhfə verir. Aşağıda müraciət prosesi haqqında məlumat və müvafiq laboratoriya və avandanlıqların siyahısına keçidi tapa bilərsiniz.

Müraciət prosesi
Müraciət formasının doldurulması
Tədqiqatçılar, startaplar və innovasiya ekosisteminin digər oyunçuları ilə məşğul olan şəxslər infrastrukturdan istifadə üçün müvafiq müraciət formasını doldurur və təqdim edir.
Müraciətin dəyərləndirilməsi
Müraciət komandamız tərəfindən nəzərdən keçirilir. Layihənin uyğunluğu, texnologiyanın inkişaf potensialı və tədqiqat məqsədləri qiymətləndirilir. Laboratoriya və avadanlıq sahibi olan qurumlarla koordinasiya aparılaraq müraciətin uyğunluğu təsdiqlənir.
Qərar və istifadə hüququnun verilməsi
Müraciət qəbul edildikdən sonra texniki və hüquqi tələblərə əsasən istifadə hüququ verilir. Bu mərhələdə lazımi sənədlər imzalanır və infrastrukturdan istifadə üçün zəruri təlimatlar təqdim olunur.
Laboratoriya və avadanlıqların siyahıları
Laboratoriya və avandanlıqların siyahısı ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz.
Siyahıya keçid