Ümumi məlumat

Layer 1
Layer 2
Layer 3
Layer 3

YTP Azərbaycanın tədqiqat, inkişaf və innovasiya sahəsində aparıcı oyunçusuna çevrilməyi hədəfləyir. İnsan kapitalının inkişafını təşviq etməklə, iş yerlərinin yaradılmasını artırmaqla, tədqiqatların kommersiyalaşdırılmasını sürətləndirməklə və bilik transferini gücləndirməklə bu məqsədə çatmağı planlaşdırır.

Əsas hədəf və məqsədlər

1
Circle Icon

2024-2026

  • Təxminən 15 hektar sahədə yeni infrastrukturun yaradılması və ölkədə tədqiqat infrastrukturuna çıxışın asanlaşdırılması.
  • Tədqiqat və inkişaf fəaliyyətlərinin gücləndirilməsi və yeni dəyər yaradan məhsul və xidmətlərin təklif edilməsi.
  • İKT və süni intellekt texnologiyalarının inkişafına yönəlmiş xüsusi proqramların icrası.
  • Texnologiyaların ixracını təşviq edən beynəlxalq platformalarda iştirak.
2
Circle Icon

2026-2028

3
Circle Icon

2028-2030

Triangle Icon
Triangle Icon
Triangle Icon
  • 4 hektar sahədə yeni infrastrukturun yaradılması və YTP-nin mövcud infrastrukturundan istifadə etmək üçün kənar şəxslərin cəlbi.
  • Ölkənin aparıcı dövlət və özəl təhsil müəssisələri və innovativ şirkətlərinin YTP-də rezident kimi yer alması və fəaliyyətə başlaması.
  • Yerli texnologiyaların kommersiyalaşdırılmasını dəstəkləyən mexanizmlərin yaradılması və Texnologiya transferi mərkəzinin işinin qurulması.
  • Beynəlxalq təşkilatlar ilə əməkdaşlığın qurulması.
Circle Icon

2026-2028

2
  • Təxminən 15 hektar sahədə yeni infrastrukturun yaradılması və ölkədə tədqiqat infrastrukturuna çıxışın asanlaşdırılması.
  • Tədqiqat və inkişaf fəaliyyətlərinin gücləndirilməsi və yeni dəyər yaradan məhsul və xidmətlərin təklif edilməsi.
  • İKT və süni intellekt texnologiyalarının inkişafına yönəlmiş xüsusi proqramların icrası.
  • Texnologiyaların ixracını təşviq edən beynəlxalq platformalarda iştirak.
  • Yeni infrastrukturun 20 hektar sahəni əhatə etməsi.
  • Qlobal texnologiya bazarlarında rəqabətqabiliyyətli məhsulların yaradılması və tanıdılması.
  • Tədqiqat, inkişaf və innovasiya sahəsində aparıcı regional mərkəzə çevrilməsi.
  • Təhsil və texnologiya arasında əlaqəni gücləndirən innovativ proqramların genişləndirilməsi.

Nizamnamə

“ETN YÜKSƏK TEXNOLOGİYALAR PARKI” Məhdud Məsuliyyətli Cəmiyyətinin NİZAMNAMƏSİ

1. ÜMUMİ MƏLUMAT

  • 1.1. “ETN Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının (bundan sonra - YT Park) idarə edilməsi və fəaliyyətinin təşkili üçün yaradılan idarəedici təşkilatdır.
  • 1.2. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respulikasının “Elm haqqında” və “Təhsil haqqında” qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”ni (bundan sonra - Əsasnamə), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nı və 2015-ci il 15 may tarixli 192 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.
  • 1.3. Cəmiyyətin balansında ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək hüququna malikdir. Cəmiyyət müstəqil balansa, təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədi ilə istifadəsinə verilmiş dövlət əmlakına, möhürə, müvafiq ştamplara, blanklara və banklarda müvafiq hesablara malikdir.
  • 1.4. Cəmiyyət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, dövlət və özəl ali təhsil müəssisələri, elmi-tədqiqat müəssisələri, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
  • 1.5. Cəmiyyətlə bağlanan idarəetmə sazişi çərçivəsində ona həvalə edilmiş funksiyaların icrasını təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Əsasnamədə müəyyən olunmuş qaydada seçilən operator cəlb edilə bilər.
  • 1.6. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
  • 1.7. Cəmiyyət Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin (bundan sonra – səlahiyyətli orqan) tabeliyində fəaliyyət göstərir.
  • 1.8. Cəmiyyətin tam adı: “ETN Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti, qısaldılmış adı: “ETN Yüksək Texnologiyalar Parkı” MMC-dir.
  • 1.9. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçə, 9.
  • 1.10. Bu Nizamnamə 06.03.2017-ci il tarixli 2004248461 qeydiyyat nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin adının dəyişdirilərək “ETN Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti olması ilə əlaqədar Cəmiyyətin 2-ci redaksiyada nizamnaməsidir.

2. Cəmiyyətin əsas fəaliyyət istiqamətləri

  • 2.1. Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
  • 2.2. YT Parkın zəruri infrastrukturunun qurulması, inkişafı və idarəedilməsi, həmçinin fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq əməkdaşlığın həyata keçirilməsi;
  • 2.3. Startaplara ofis, konsaltinq, treninq, maliyyə, marketinq, hüquq, rabitə, texniki dəstək, təşviqat xidmətlərinin həyata keçirilməsini təqdim edən, startapların yaratdığı məhsulları və ya xidmətlərin bazara çıxarılması, onların inkişaf etdirilməsi, startapların fəaliyyətinə investisiyaların cəlb edilməsində dəstək göstərən təlim-tədris və ya digər xidmətləri göstərən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs və ya hüquqi şəxslərin (bundan sonra - inkubasiya və akselerasiya mərkəzləri) və texnologiya transferi mərkəzlərinin fəaliyyətinin təşviqi, təşkili və genişləndirilməsi;
  • 2.4. Texnologiya transferi mərkəzləri vasitəsi ilə elmin kommersiyalaşdırılması, o cümlədən elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin nəticələrinin realizə edilməsinin genişləndirilməsi;
  • 2.5. YT Parkın rezidentlərinin və texnoloji biznes inkubatoru (bundan sonra – inkubator) rezidentlərinin fəaliyyətinin təşviqi, təşkili və onlara ofis, konsaltinq, treninq, peşə hazırlığı, maliyyə, marketinq, hüquq, logistika, rabitə, mühafizə, texniki dəstək, lizinq, təşviqat xidmətlərinin və sair xidmətlərin və ya müvafiq müqavilələr əsasında göstərilməsi;
  • 2.6. YT Parkda elmi tədqiqatların və təcrübə konstruktor işlərinin aparılmasını təşviq etmək;
  • 2.7. Startaplara və innovativ bizneslərə dəstəyin göstərilməsi, o cümlədən startap akselerator və startap inkubator fəaliyyətinin təşkili və bu fəaliyyətlə məşğul olan təşkilatların YT Parka cəlb edilməsi;
  • 2.8. Elm və təhsil müəssisələri ilə əməkdaşlığın həyata keçirilməsi, onların YT Parkın fəaliyyətinə cəlb edilməsi;
  • 2.9. YT Parka Vençur Studioların cəlb edilməsi, Vençur Studio ekosisteminin qurulmasına dəstək göstərmək üçün tədbirlərin görülməsi;
  • 2.10. İnnovativ layihələrin təşkilinə və fəaliyyətinə dəstək göstərilməsi;
  • 2.11. YT Parkın fəaliyyətinin təşviqi, o cümlədən YT Parkın fəaliyyətinə maliyyə resurslarının və investorların cəlb edilməsi;
  • 2.12. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq YT Parkın fəaliyyətinin təşkili məqsədi ilə Əsasnamə ilə müəyyən edilmiş digər fəaliyyət növlərini həyata keçirir.

3. Cəmiyyətin vəzifələri və hüquqları

  • 3.1. Cəmiyyətin vəzifələri aşağıdakılardır:
  • 3.1.1. YT Parka rezidentlərin cəlb olunması istiqamətində tədbirlər görür;
  • 3.1.2. YT Parkın rezidentlərinin Əsasnamə ilə müəyyənləşdirilmiş qaydada, inkubatorun rezidentlərinin isə Əsasnamə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 08 iyul tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası” ilə müəyyən edilmiş qaydada qeydiyyatını və reyestrini aparır, qeydiyyat şəhadətnaməsi verir;
  • 3.1.3. Yüksək texnologiyalar və innovasiyalar sahəsində elmlə istehsalatın qarşılıqlı əlaqələrini təşkil edir;
  • 3.1.4. Fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq əməkdaşlığın təşkili və həyata keçirilməsi, o cümlədən xarici ölkələrdə yüksək texnologiyalar və innovasiyalar sahəsində fəaliyyət göstərən aidiyyəti texnologiyalar parkları ilə YT Parkın fəaliyyətini əlaqələndirir və əməkdaşlığı inkişaf etdirir;
  • 3.1.5. Elm və ali təhsil müəssisələrində innovativ layihələri həyata keçirən struktur bölmələrin (tədqiqatçı qrupların) fəaliyyətini YT Parka cəlb edir, yeni elmi nailiyyətləri izləyərək təhlil edir və onların nəticələrinin tətbiq edilməsini təşviq edir;
  • 3.1.6. Dövlət büdcəsinin, yerli büdcələrin vəsaitləri, büdcədənkənar fondların, müəssisənin fəaliyyətində iştirak edən dövlət təşkilatlarının, yerli və xarici investorların, beynəlxalq maliyyə təşkilatlarının vəsaitləri və qanunvericiliklə qadağan olmayan digər mənbələr hesabına Vençur maliyyələşmələrinin (kapitallarının) cəlb edilməsi üçün şərait yaradır;
  • 3.1.7. İnkubatorların fəaliyyətini dəstəkləyir və startap layihələrini inkişaf etdirir;
  • 3.1.8. YT Parkın fəaliyyəti və inkişafı barədə yarımillik hesabatı, habelə öz illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə səlahiyyətli orqana təqdim edir;
  • 3.1.9. YT Parkın fəaliyyət profili üzrə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədi ilə YT Parkın rezidentləri ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin fəaliyyətini əlaqələndirir, elmi-texniki və innovasiya sahələrində əməkdaşlığı təşkil edir;
  • 3.1.10. İnkubasiya, akselerasiya, texnoloji transfer və elmi tədqiqat mərkəzlərinin və fondların fəaliyyətini təşkil edir;
  • 3.1.11. YT Parkın istifadəsindəki dövlət mülkiyyətində olan əmlakı rezidentlərə icarəyə verir;
  • 3.1.12. Rezidentlərə məsləhət və digər xidmətlər göstərir, müəllif hüquqları və əqli mülkiyyətin qorunması istiqamətində tədbirlər görür;
  • 3.1.13. Beynəlxalq standartlara uyğun olaraq YT Parkda korporativ idarəetmə sistemlərini təşkil edir.
  • 3.2. Öz vəzifələrini yetirmək üçün Cəmiyyətin aşağıdakı hüquqları vardır:
  • 3.2.1. YT Parkda innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi ilə bağlı hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq və onları bu işə cəlb etmək;
  • 3.2.2. YT Parkın (inkubatorun) rezidentləri ilə bu YT Parkda (inkubatorda) fəaliyyətin həyata keçirilməsinə dair müqavilə bağlamaq;
  • 3.2.3. Səlahiyyətli orqanla razılaşdırmaqla YT Parkın inkişaf konsepsiyasını hazırlamaq;
  • 3.2.4. YT Parkın (inkubatorun) rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik və proqnoz məlumatlar almaq və fəaliyyətləri barədə monitorinqi həyata keçirmək;
  • 3.2.5. YT Parkın idarə olunması üçün operator seçildiyi halda, onunla idarəetmə sazişi bağlamaq, idarəetmə sazişindən irəli gələn funksiyaları operatorun həyata keçirməsinə nəzarət etmək;
  • 3.2.6. Dövlət orqanlarının YT Parkın (inkubatorun) rezidentlərində apardığı yoxlamalarda iştirak etmək;
  • 3.2.7. Yüksək texnologiyalar və innovasiyalar sahəsində təkliflər hazırlamaq;
  • 3.2.8. Yüksək texnologiya və innovasiyalar sahəsində elmi tədqiqatların nəticələrinin YT Parkın rezidentlərinə münasibətdə sahibkarlığın ayrı-ayrı sahələrində tətbiqi prosesində iştirak etmək;
  • 3.2.9. Yüksək texnologiyalar sahəsində inkişafın və YT Parkın fəaliyyətinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;
  • 3.2.10. YT Parkın fəaliyyəti ilə əlaqədar təsisatlar, o cümlədən fondlar, habelə innovasiya fondları, inkubatorları, elmi tədqiqat və texnoloji transfer mərkəzləri və digər ixtisaslaşmış xidmət mərkəzləri yaratmaq;
  • 3.2.11. YT Parkın infrastruktur obyektlərinə investisiya qoymaq, həmin investisiyalardan və YT Parkın idarə edilməsindən gəlir əldə etmək;
  • 3.2.12. YT Park tərəfindən göstərilən xidmətlərə görə səlahiyyətli orqana bildirməklə sərbəst tarif siyasəti yürütmək;
  • 3.2.13. Öz səlahiyyətləri çərçivəsində və qanunvericiliyə müvafiq qaydada xarici təşkilatlarla və xarici dövlətlərin YT Parkları ilə, habelə xarici kredit təşkilatları və donorları ilə danışıqlar aparmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq, eləcə də onların assosiasiyalarına və digər birləşmələrinə qoşulmaq;
  • 3.2.14. YT Parkın fəaliyyətinin təmin edilməsi və inkişaf etdirilməsi məqsədilə müqavilələr bağlamaq;
  • 3.2.15. YT Parkın (inkubatorun) rezidentlərinin fəaliyyəti ilə bağlı dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə YT Parkın (inkubatorun) rezidentləri barədə sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
  • 3.2.16. YT Parkın fəaliyyəti ilə bağlı qərarlar və sərəncamlar vermək, habelə digər sənədlər qəbul etmək, onların icrasına nəzarət etmək;
  • 3.2.17. Müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
  • 3.2.18. Beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin ölkədə və xaricdə keçirilməsini təşkil etmək;
  • 3.2.19. Yüksək texnologiyalar üzrə innovativ təşəbbüslərə (startaplara) dəstək vermək, müsabiqələr, təbliğat tədbirləri, seminar və təlimlər keçirmək;
  • 3.2.20. YT Parkın digər struktur bölmələrinin işçilərinin əmək və sosial-məişət şəraitinin, maddi təminatının yaxşılaşdırılması və sağlamlığının qorunması barədə səlahiyyətli orqana təkliflər vermək;
  • 3.2.21. Qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Cəmiyyətin nizamnamə kapitalının və təsisçinin nizamnamə kapitalında payının miqdarı

  • 4.1. Cəmiyyətin nizamnamə kapitalı 35 000 (otuz beş min) manat, hər birinin dəyəri 17 500 (on yeddi min beş yüz) manat olmaqla 2 (iki) paydan ibarətdir.
  • 4.2. Cəmiyyətin nizamnamə kapitalında təsisçinin payı aşağıdakı kimi müəyyən edilir:

    Azərbaycan Respublikası- 35 000 (otuz beş min) manat, 2 pay, pul şəklində

  • 4.3. Cəmiyyətin nizamnamə kapitalına qoyulan pay puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Nizamnamə kapitalına pay qoyulması üçün götürdüyü öhdəlik təsisçi tərəfindən pozulduqda o, Ümumi Yığıncağın qərarı ilə qəbul edilmiş qaydalara müvafiq məsuliyyət daşıyır. Nizamnamə kapitalına qoyulan əmlak və digər mülkiyyətin qiymətləndirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
  • 4.4. İştirakçının qoyduğu mayaların tərkibi, maya qoyma qaydası və maya qoyulması üzrə öhdəlikləri pozmağa görə məsuliyyət ümumi yığıncağın qərarı ilə müəyyənləşdirilir.
  • 4.5. Cəmiyyət balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5. Cəmiyyətin idarə edilməsi

  • 5.1. Cəmiyyətin ali idarəetmə orqanı
  • 5.1.1. Cəmiyyətin ali idarəetmə orqanı onun iştirakçıların ümumi yığıncağıdır.
  • 5.1.2. Cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli 2425 nömrəli Sərəncama uyğun olaraq həll edilir.
  • 5.2. Müşahidə Şurası
  • 5.2.1. Müşahidə Şurası (bundan sonra – Şura) öz səlahiyyətləri hüdudlarında Cəmiyyətin icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirən orqandır.
  • 5.2.2. Şura 5 üzvdən ibarətdir. Şuranın tərkibinə dövlət orqanlarının, elm, təhsil, investisiya, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil edilə bilər. Şuranın üzvləri 5 il müddətinə səlahiyyətli orqan tərəfindən təyin edilir. Onlar təkrar müddətə təyin edilə bilərlər.
  • 5.2.3. İcra orqanının rəhbəri Şuranın üzvü ola bilməz.
  • 5.2.4. Şuranın sədri səlahiyyətli orqan tərəfindən seçilir. Şuranın sədri Şuraya rəhbərlik edir.
  • 5.2.5. Şuranın iclasları növbəti və ya növbədənkənar ola bilər.
  • 5.2.6. Şuranın növbəti iclasları ən azı üç ayda bir dəfə Şuranın sədri tərəfindən çağırılır.
  • 5.2.7. Şuranın növbədənkənar iclasları icra orqanının və şura üzvlərinin tələbi ilə, Şuranın sədri tərəfindən çağırılır.
  • 5.2.8. Şuranın iclası üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır.
  • 5.2.9. Şuranın iclasında hər bir üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Şuranın sədrinin səsi həlledici sayılır.
  • 5.2.10. Şuranın iclasının yekununda iclasın yerini, vaxtını, iştirakçılarını, gündəliyini, çıxışların xülasəsini, səsvermənin nəticələrini və qərarlarını əks etdirən protokol tərtib edilir. Protokol Şuranın sədri və üzvləri tərəfindən imzalanır.
  • 5.2.11. Şura aşağıdakı səlahiyyətlərə malikdir:
  • 5.2.12. Cəmiyyətin icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirmək;
  • 5.2.13. Ümumi Yığıncaq və Baş icraçı direktor üçün Cəmiyyətin fəaliyyətinə, qüsurların aradan qaldırılmasına, habelə Cəmiyyətin fəaliyyətinin inkişaf etdirilməsinə və genişləndirilməsinə dair tövsiyələr vermək;
  • 5.2.14. Cəmiyyətin idarə olunmasını təmin etmək üçün Cəmiyyətin fəaliyyətinə dair daxili qaydaları, idarəetmə prosedurlarını, habelə onun aparatının struktur bölmələrinin, idarələrinin əsasnamələrini təsdiq etmək;
  • 5.2.15. Cəmiyyətin inkişaf strategiyasının hazırlanması üçün səlahiyyətli orqana təkliflər vermək;
  • 5.2.16. Cəmiyyətin Müşahidə Şurasının, icra strukturlarının və əməkdaşlarının fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirmək və onların icrasına nəzarət etmək;
  • 5.2.17. Ssudaların, borcların, kreditlərin, zəmanətlərin alınması və verilməsi üzrə tələbləri müəyyənləşdirmək, həmçinin Cəmiyyətin büdcəsinin, fəaliyyət planlarının və investisiya proqramlarının icrasına nəzarət etmək;
  • 5.2.18. Cəmiyyətin Nizamnaməsinə və strukturuna, habelə nizamnamə kapitalının miqdarına dair səlahiyyətli orqana təkliflər vermək.
  • 5.3. Cəmiyyətin icra orqanı
  • 5.3.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik təkbaşçı icra orqanı olan Baş icraçı direktor tərəfindən həyata keçirilir.
  • 5.3.2. Baş icraçı direktor tərəfindən aşağıdakı səlahiyyətlər həyata keçirilir:
  • 5.3.2.1. vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış edir, Cəmiyyəti bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir;
  • 5.3.2.2. Ümumi Yığıncaq və Müşahidə Şurası tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin edir;
  • 5.3.2.3. öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr verir (o cümlədən başqasına etibar etmək hüququ ilə);
  • 5.3.2.4. müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verir;
  • 5.3.2.5. Cəmiyyətin işçilərini (Baş icraçı direktorunun müavinləri, Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin rəhbərləri istisna olmaqla) vəzifəyə təyin edir, vəzifədən azad edir;
  • 5.3.2.6. Baş icraçı direktorunun müavinləri də daxil olmaqla Cəmiyyətin işçiləri barəsində həvəsləndirmə və intizam, tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər verir;
  • 5.3.2.7. öz səlahiyyəti daxilində qərarlar qəbul edir və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirir;
  • 5.3.2.8. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirir;
  • 5.3.2.9. qanunvericilikdə və Cəmiyyətin nizamnaməsi ilə Ümumi Yığıncaq və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməyən digər səlahiyətləri həyata keçirir.
  • 5.3.3. Cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiliyə) verilə bilər.
  • 5.3.4. Baş icraçı direktor, onun müavinləri, Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin rəhbərləri səlahiyyətli orqan tərəfindən təyin edilir və vəzifədən azad edilirlər.

6. Cəmiyyətin əmlakı və maliyyə fəaliyyəti

  • 6.1. Cəmiyyətin əmlakı qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, onun əsas fondlarından və dövriyyə vəsaitlərindən, o cümlədən dəyəri Cəmiyyətin müstəqil balansında əks olunan dəyərlərdən ibarətdir.
  • 6.2. Cəmiyyətin əmlakının yaranma mənbələri aşağıdakılardır:
  • 6.2.1. YT Parkın sahələrinin icarəyə verilməsindən əldə olunan gəlirdən (dövlət əmlakının icarəyə verilməsindən əldə olunan icarə haqqının “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hissəsindən;
  • 6.2.2. YT Parkın idarə edilməsinə görə alınan haqlardan;
  • 6.2.3. kredit, qrant və ianələrdən;
  • 6.2.4. YT Parkda səmərəli fəaliyyət üçün ofis, konsaltinq, treninq, peşə hazırlığı, maliyyə, marketinq, hüquq, logistika, rabitə, mühafizə, texniki dəstək, lizinq, təşviqat xidmətləri və texnoparkda səmərəli fəaliyyət üçün digər xidmətlərdən və qadağan olunmayan digər mənbələrdən.
  • 6.3. Cəmiyyətə verilmiş dövlət əmlakı yalnız Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olaraq istifadə edilir.
  • 6.4. Cəmiyyətin əmlakı tamamilə dövlət mülkiyyətindədir. Səlahiyyətli orqanın razılığı olmadan Cəmiyyətin əmlakı (naturada və ya pul şəklində) üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilən yüklülüklər müəyyən edilə bilməz.
  • 6.5. Cəmiyyətin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

7. Cəmiyyətdə uçot və hesabat

  • 7.1. Cəmiyyət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na uyğun olaraq, mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
  • 7.2. Cəmiyyət “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik uçotu aparır və statistik hesabatları tərtib edir.
  • 7.3. Cəmiyyətin birinci maliyyə ili onun dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin il dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

8. Cəmiyyətin yenidən təşkili və ləğvi

  • 8.1. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.